Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 06:36

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasından 94 il ötür


Arxiv foto: 2011-ci ildə Bakıda hərbi parad zamanı
Arxiv foto: 2011-ci ildə Bakıda hərbi parad zamanı
İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasından 94 il ötür.

Ötən gün prezident İlham Əliyev Azərbaycan ordusunun regionda güclü ordu olduğunu və dövlət büdcəsində ölkə hərbisinə ayrılan xərclərin Ermənistanın bütün büdcə xərclərindən çox olduğunu deyib:

«Təkcə onu demək kifayətdir ki, hazırda Azərbaycanın hərbi xərcləri Ermənistanın bütün dövlət xərclərindən 50 faiz çoxdur».

«Mən çox şadam ki, ordumuzun döyüş qabiliyyəti artır» deyən prezident Azərbaycanda peşəkar ordu yaradıldığını qeyd edib. «Biz hərbi potensialımızın gücləndirilməsini uğurla aparırıq» deyən İlham Əliyev onu da diqqətə çatdırıb ki, güclü Azərbaycan ordusu hazırda bölgədə sabitləşdirici rol oynayır.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk milli hərbi hissə yaranıb və orduya çağırış elan edilib.

Az vaxt ərzində 30 minlik ordu formalaşdırılıb. 1918-ci il sentyabrın 15-də Milli Ordu Osmanlı imperiyasının Qafqaz İslam Ordusu ilə birlikdə Bakını daşnaq-bolşevik işğalından azad edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG