Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:00

«Neftçi», «Bakı», «İnter» və «Xəzər Lənkəran»ın rəqibləri bəlli oldu


Foto: Arxiv
Foto: Arxiv
İyunun 25-də İsveçrənin Nyon şəhərində Çempionlar Liqasında birinci və ikinci təsnifat mərhələlərinin püşkü atılıb.

II təsnifat mərhələsində Bakının «Neftçi» klubu Gürcüstan çempionu «Zestafoni» ilə qüvvəsini sınayacaq.

II təsnifat mərhələsində ilk oyunlar iyulun 17-18-də, cavab qarşılaşmaları isə iyulun 24-25-də keçiriləcək.

Avropa Liqasının da birinci və ikinci təsnifat mərhələlərinin püşkü atılıb.

Turnirin birinci təsnifat mərhələsində son Azərbaycan Kubokunun sahibi «Bakı» klubu Sloveniyanın «Mura», «İnter» Estoniyanın «Trans», «Xəzər Lənkəran» isə həmin ölkənin «Nomme Kalyu» klubu ilə qarşılaşacaq.

İlk oyunları iyulun 5-də, cavab qarşılaşmaları isə iyulun 12-də keçiriləcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG