Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:47

İlham Əliyev Misirin yeni prezidentini təbrik edib


Prezident İlham Əliyev Misir Ərəb Respublikasının prezidenti Mohamed Morsi-ə təbrik məktubu göndərib.

Bu barədə AzərTac xəbər yayıb. Məktubda deyilir:

«Əminəm ki, Azərbaycan ilə Misir arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın iradəsinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcək. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Misir xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm».

Misirdə keçirilmiş prezident seçkisində «Müsəlman qardaşları» hərəkatının namizədi Mohammad Morsi qalib gəlib.
XS
SM
MD
LG