Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:40

Strasburqda məruzəçilərə etiraz piketi keçirilir


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə məruzəçilərindən narazı azərbaycanlılar iyunun 27-də Strasburqda piket keçirməyi planlaşdırırlar. Aksiyanın təşkilatçıları Azərbaycandan olan siyasi mühacirlərin yaratdığı Haqq Ədalət Təşkilatıdır. Onlar məruzəçilərin dəyişdirilməsini tələb edəcəklər.

Bu tələblə piketlər Avropanın başqa şəhərlərində, o cümlədən Berndə və Madriddə keçirilməlidir.

Təşkilat üzvləri AŞPA-nın Monitorinq Komitəsinə məktub da hazırlayıblar. Həmin məktubu Azərbaycandan İctimai Palata liderləri, hüquq müdafiəçiləri imzalayıblar. Bu haqda AzadlıqRadiosuna Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus deyib. Onun dediyinə görə, məktubda deyilir ki, həmməruzəçilər Azərbaycandakı situasiyadan xəbərsizdirlər, ona görə onların dəyişdirilməsini istəyirlər.

AŞPA-nın iki məruzəçisi Joseph Debono GrechPedro Agramunt Mora iyunun ortalarında Bakıda olublar. Rəsmilər, müxalifət və hüquq müdafiə təşkilatlarının nümayəndələri ilə görüşlər keçiriblər. Müxalifət liderləri və bəzi hüquq müdafiəçiləri məruzəçilərdən narazı qaldıqlarını, onların obyektivliyinə şübhəylə yanaşdıqlarını mətbuata bildiriblər.

Hətta onları rüşvət almaqda ittiham ediblər, məruzçilərsə bu deyilənləri rədd ediblər.
XS
SM
MD
LG