Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:41

Qahirədə təhlükəsizlik tədbirləri gücləndirilib


Misirin paytaxtı Qahirənin mərkəzində camaat prezident seçkisinin nəticələrini gözləyir.

Nəticələrin elan edilməsindən sonra mümkün hərc-mərçlik və qarşıdurmanın qarşısını almaq üçün şəhərə əlavə polis qüvvələri çıxarılıb.

Seçkidə “Müsəlman qardaşları” hərəkatının namizədi Mohammed Mursi və keçmiş prezident Mubarakın dövründə sonuncu baş nazir olmuş Ahmed Shafik mübarizə aparıblar.

Onların ikisi də qalib gəldiklərini bəyan ediblər.

Mursinin minlərlə tərəfdarı paytaxt Qahirənin mərkəzində nümayişə çıxıb.

Onlar ölkəni idarə edən Ali Hərbi Şuranın bu yaxınlarda pozuntulara görə, parlamenti buraxmasına etiraz edirlər.

Şafikin və ali hərbi şuranın tərəfdarları isə ölkənin şimalında nümayişə çıxıblar.

Parlamentdə yerlərin çoxunu “ Müsəlman qardaşları” hərakatının üzvləri tuturdu.

Ali hərbi şura hakimiyyəti qalibə verəcəyini vəd edib.
XS
SM
MD
LG