Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:30

2012-ci il Naxçıvanda "Milli dəyərlər" ili elan olunur


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


26 aprel 2012. Sayı: 76(20.481)

ŞEİR VƏ İNŞA YAZI MÜSABİQƏLƏRİ KEÇİRİLİB

Ordubad rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş şeir müsabiqəsi keçirilmişdir. Müsabiqə başlanmazdan əvvəl Ordubad Rayon Gənclər və İdman İdarəsinin rəisi Rafiq Bayramov və rayon Təhsil Şöbəsinin metodkabinet müdiri Əyyar Səfərov çıxış edərək müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkəmizin inkişafındakı misilsiz xidmətlərindən danışmışlar.

Sonra məktəblilərin ifasında ulu öndərimizə həsr edilmiş şeirlər bədii qiraət olunmuşdur. Münsiflər heyəti tərəfindən seçilən ən yaxşı üç şeir ifaçısı – Dəstə kənd 2 nömrəli tam orta məktəbinin 9-cu sinif şagirdi Gülyaz Həsənova, Unus kənd tam orta məktəbinin 7-ci sinif şagirdi Nazəni Məmmədtağılı və Vənənd kənd tam orta məktəbinin 8-ci sinif şagirdi Təbəssüm Hacıyeva muxtar respublika şeir müsabiqəsində iştirak etmək hüququ qazanmışdır. Məktəblilər diplom və fəxri fərmanlarla təltif edilmişlər.

MUXTAR RESPUBLİKADA ƏQLİ MÜLKİYYƏT HÜQUQUNUN QORUNMASI DİQQƏT MƏRKƏZİNDƏDİR

Ulu öndərin siyasi xəttini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda əqli mülkiyyət hüquqlarının qorunması və təminatı sahəsində kompleks tədbirlər həyata keçirilir. Bunun üçün ölkəmizdə zəngin qanunvericilik və normativ – hüquqi baza, çevik milli idarəetmə institutu, geniş beynəlxalq mübadilə və əməkdaşlıq sistemi yaradılmış, əqli mülkiyyət mədəniyyətinin formalaşması istiqamətində görülən işlər yeni mərhələyə qədəm qoymuşdur.

Əqli mülkiyyətin qorunması və inkişafı sahəsində aparılan dövlət siyasəti muxtar respublikamızda da uğurla həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin intellektual mülkiyyətin stimullaşdırılmasına böyük diqqət və qayğısının nəticəsidir ki, əqli mülkiyyətin və əqli mülkiyyət obyekti olan ənənəvi biliklərin mühafizəsi qorunmaqda və inkişaf etdirilməkdədir. Bununla yanaşı, əqli mülkiyyətin formalaşdırılması və inkişafı muxtar respublikamızda diqqət mərkəzində saxlanılır. Çünki, əqli mülkiyyətin qorunması milli mədəni irsin, milli dəyərlərin və adət - ənənələrin yaşadılmasının mühüm şərtlərindən biri hesab olunur. Muxtar respublikamızda 2012-ci ilin “Milli dəyərlər” ili elan olunması da əsirlərdən bəri qorunub saxlanılmış və xalqımızın ən böyük sərvəti olan milli dəyərlərimizin yaşadılmasında mühüm əhəmiyyətə malikdir.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:


- Gözəlliklər məskəni – Biçənək
- Vergi ödəyiciləri ilə növbəti görüş
- Şərurda rabitə xidməti yaxşılaşır
XS
SM
MD
LG