Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:52

Müxalifət nümayəndələri Elçibəyin məzarını ziyarət edib


Əbülfəz Elçibəyin məzarı
Əbülfəz Elçibəyin məzarı
İyunun 24-ü Azərbaycanın keçmiş prezidenti, milli-azadlıq hərəkatının liderlərindən Əbülfəz Elçibəyin doğum günüdür.

İctimai Palata Koordinasiya Şurasının üzvləri bu gün Əbülfəz Elçibəyin Fəxri Xiyabanındakı məzarını ziyarət edib, çıxış ediblər.

Dalğa Gənclər Hərəkatı da Elçibəyin məzarını ziyarət edib.

Əbülfəz Elçibəy 1992-1993-cü illərdə Azərbaycanın prezidenti olub.

Onun prezidentliyi dövründə rus hərbçiləri Azərbaycandan çıxarılıb, milli valyuta dövriyyəyə buraxılıb, ali məktəblərdə rüşvətin qarşısını almaq üçün test imtahanı tətbiq edilib.

1993-cü ilin iyununda hərbi qiyamla devrilib, uzun sürən xəstəlikdən sonra 2000-ci ilin avqustunda Ankara xəstəxanasında 63 yaşında vəfat edib.
XS
SM
MD
LG