Türkiyə təyyarəsi Suriya ərazisində yox, xəbərdarlıq belə edilmədən beynəlxalq hava məkanında vurulub.
Bunu Türkiyənin xarici işlər naziri Ahmed Davutoğlu bildirib.
Amma o etiraf edib ki, təyyarə bundan 15 dəqiqə əvvəl səhvən Suriyanın hava məkanına girib.
Davutoğlu bunun kəşfiyyat yox, Suriya münaqişəsi ilə heç bir bağlılığı olmayan adi məşq uçuşu olduğunu deyir.
Davutoğlu bildirib ki, Türkiyə NATO-nun nizamnaməsinə uyğun olaraq müzakirə üçün təşkilata müraciət edib.
Söhbət üzv ölkələrdən birinə təhlükədən gedir.
Təyyarə cümə günü Aralıq dənizində vurulub.
Hələlik pilotların axtarışı nəticə verməyib.
İstanbul sakini Halac deyir ki, ö Ankardan sərt addımlar görmək istəyərdi, amma 2010-cu ildə İsrailin dənizdə keçirdiyi reyd kimi bu cür insidentlər sonda beynəlxalq səviyyədə həll olunur.
Başqa bir sakin Dindar isə hesab edir ki, Türkiyə buna güclə cavab verməməlidir.
Həmçinin Suriyanın yaxın müttəfiqi İran Türkiyəni səbrli olmağa çağırıb.
Türkiyə dəfələrlə prezident Bashar Assad rejimini öz xalqına qarşı silah işlətməkdə ittiham edib.