Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:16

AŞPA-nın yay sessiyası başlayır


Avropa Şurası Parlament Assambleyası
Avropa Şurası Parlament Assambleyası
Sabahdan - iyunun 25-dən Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyası işə başlayır. Sessiya 29-dək davam edəcək.

Sessiyada Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu da iştirak edəcək.

Bu müddətdə Assambleya Bürosunun və Daimi Komitənin hesabatı dinlənəcək. Eyni zamanda, Avropada demokratiyanın vəziyyəti, miqrantlar, demokratiya və sosial hüquqlar üçün təhlükə, iqtisadi böhranın Avropada yerli və regional idarəçiliyə təsiri, Avropa Şurasına üzv ölkələrdə hüquq müdafiəçilərinin vəziyyəti, Assambleyanın monitorinq prosesinin təkmilləşdirilməsi və digər mövzularda fikir mübadiləsi aparılacaq.

İyunun 26-da qurumun siyasi məhbuslar üzrə məruzəçisi Christoph Strasser'in hesabatı açıqlanmalıdır.

Bu sessiya ərəfəsində Azərbaycanda əfv fərmanı imzalanıb. Ötən il İctimai Palatanın 2 aprel aksiyasında həbs olunanların böyük əksəriyyəti azad olunub. Eyni zamanda, qulluq mövqeyindən sui-istifadədə və rüşvət almaqda ittiham olunan Təhsil Nazirliyinin həbsdəki əməkdaşı Orxan Kərimov haqqında həbs qətimkan tədbiri ləğv olunub. İttihamları qəbul etməyən Orxan Kərimov ürək xəstəliyindən əziyyət çəkir.

Müşahidəçilərə görə, həmin şəxslərin indi azadlığa buraxılması səbəbsiz deyil. Hökumət bununla AŞPA-nın yay sessiyasında Azərbaycana dair tənqidlərin yumşalmasına çalışır.
XS
SM
MD
LG