Keçid linkləri

2026, 27 İyul, bazar ertəsi, Bakı vaxtı 04:50

Bu gün buraxılış imtahanı keçirilir

Arxiv foto
Arxiv foto
İyunun 24-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası IX və XI sinif şagirdləri üçün növbəti buraxılış imtahanı keçirir. İmtahanlar Şəki, Balakən, Qax, Qəbələ, Oğuz, Mingəçevir, Göyçay, Ucar, Kürdəmir, Ağsu və Ağdaş rayonlarındakı məktəbləri əhatə edir.
Bu bölgədə ümumilikdə 10538 nəfər XI sinif şagirdi buraxılış imtahanına qatılmalıdır.
İmtahanda iştirak etməli IX sinif şagirdlərinin sayı isə 15018 nəfərdir. Şagirdlər 2 fəndən - ana dili və riyaziyyat imtahan verirlər. Onlara hər fəndən 30 test tapşırığı təqdim olunur.
İmtahanın müddəti 2 saatdır.
TQDK iyunun 2, 8, 13, 18-də də orta məktəblərdə buraxılış imtahanları keçirib. Artıq həmin imtahanların nəticələri açıqlanıb.
This item is part of
XS
SM
MD
LG