Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Sentyabr, bazar, Bakı vaxtı 17:02

Pakistanın Kvetta şəhərində 8 adam öldürülüb


Pakistanın Kvetta şəhərində paltartəmizləmə məntəqəsinə edilmiş hücum nəticəsində 8 adam ölüb.

Polisin məlumatına görə, motosikletdə olan naməlum adamlar məntəqəni atəşə tutublar.

Hücuma görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.

Bu şəhər Bəlucistan əyalətinin paytaxdıdır.

Bəluclardan ibarət silahlı qruplar 2004-cü ildən Pakistan hökumətinə qarşı mübarizə aparırlar.

Söhbət əyalətdəki neft, qaz və digər minerallardan gələn gəlirlərə nəzarətdən gedir.

Bu əyalətdə talibançılar da fəaliyyət göstərir.

Digər millətlərdən olan sakinlərin əksəriyyəti əyaləti tərk edeiblər.
XS
SM
MD
LG