Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:15

Paraqvay parlamenti prezidenti işdən uzaqlaşdırıb


Paraqvay senatı prezidentin vəzifəsindən kənarlaşdırılmasına səs verib.

Fernando Luqo səlahiyyətlərini icra edə bilməməkdə günahlandırılır.

Buna səbəb ötən həftə polislə kəndlilər arasında baş vermiş toqquşmada 17 adamın ölümü olub.

Bundan əvvəl parlamentin aşağı palatası da eyni qərar qəbul edib.

Bu o deməkdir ki, prezidentin səlahiyyətləri yeni seçkiyədək vitse-prezidentə keçir.

Bunu dövlət çevrilişi hesab edən prezidentin 5 minə yaxın tərəfdarı cümə günü konqresin qarşısına yığışıblar və hərc-mərclik yaranıb.

Polis kütləni dağıtmaq üçün su və gözyaşardıcı qazdan istifadə edib.

Həmçinin Boliviya, Nikaraqua və Venesuela prezident Luqoya dəstək bildiriblər.

Vaşinqton isə Paraqvaydakı vəziyyətdən narahat olduğunu və hadisələrin gedişini idiqqətlə izləyəcəyini deyib.
XS
SM
MD
LG