Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Sentyabr, Cümə, Bakı vaxtı 10:56

Yunanıstanın 2 yeni naziri xəstəxanaya düşüb


Yunanıstanın yeni baş naziri Antonis Samaras gözündən əməliyyat olunub.

Lazerlə edilmiş əməliyyat uğurlu olub.

Buna görə baş nazirin parlamentdə çıxışı təxirə salınıb.

65 yaşlı yeni Maliyyə naziri Vasilis Papanos da xəstəxanaya düşüb.

Onun qarın nayihəsində ağrılar olduğu bildirilir.

Hələlik dəqiq diaqnoz barədə məlumat verilmir.

Avropa Birliyi yeni Yunanıstan hökumətindən kəskin iqtisadi tədbirlər sahəsində qəti addımlar gözləyir.

Amma yeni hökumət bildirib ki, xarici kreditçilərllə müqaviləyə yenidən baxılmasını təkid edəcək.

Avropa Birliyi ilə Beynəlxalq Valyuta Bankı danışıqlar üçün bazar ertəsi Yunanıstana nümayəndə heyəti göndərəcək.
XS
SM
MD
LG