Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:13

Poışa Belarusdakı səfirini geri çağırıb


Varşava ötən cümə axşamı polşalı jurnalistin Belarusda həbsinə görə, bu ölkədəki səfirini geri çağırıb.

Andji Poçoput Qrodnıdakı evində həbs edilib.

O yenidən prezident Aleksandr Lukaşenkoya böhtan atmaqda ittiham olunur.

Polşa bəyan edib ki, bu cür addımlar Belarusu daha da tədric vəziyyətə salır, onun Avropa
Birliyi ilə münasibətlərini pisləşdirir.

Polşanın baş naziri Donalt Tuskun sözlərinə görə, Şexiya, Macarıstan və Slovakiya bu məsələdə Polşa hökumətinin mövqeinə dəstək bildiriblər.

Belarus hakimiyyəti ötən ilin iyulunda jurnalisti eyni ittihamla, 2 il təxirə salınmaq şərtiylə 3 il azadlıqdan məhrum edib.
XS
SM
MD
LG