Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:09

Siyavuş Novruzov: «Müsavat oxumaq, oynamaq istəyirsə...»


Mətbuat icmalı
Mətbuat icmalı
«Yeni Müsavat» qəzeti yazır ki, bir ildə Tibb Universitetindən 100 tələbə qovulub. Universitetin rektoru Əhliman Əmiraslanov deyib ki, qovulan tələbələr dərsə davamiyyəti aşağı olanlar və imtahanlardan keçə bilməyənlər.

«Müsavat oxumaq, oynamaq istəyirsə, Bakı Kristal Zalına gedə bilər». «Yeni Azərbaycan» qəzeti bu fikirlərin YAP icra katibinin müavini Siyavuş Novruzova məxsus olduğunu yazır:

«Birincisi Bakı Kristal Zalında 23 mindən çox yer var. Müsavat yox, bütövlükdə müxalifətin bir hissəsi yığışanda 700-dən artıq adam olmur. Ona görə də, bu çox gülünc görünəcək ki, bir ovuc adam gedib orda qurultay keçirir. İkinci tərəfdən, bilirsiniz onun icarə haqqı var və onun ödənilməsi tələb olunur. Üçüncüsü, Bakı Kristal Zalı digər şoular üçün nəzərdə tutulub. Oxumaq, oynamaq istəsələr, ora gedə bilərlər».

«Azadlıq» qəzeti iyunun 22-də verilən əfv fərmanından sonra «Vicdan məhbuslarına azadlıq!» şüarı altında 5 nəfərin fotoşəkilini verib. Bunlar AXCP üzvü Şahin Həsənli, hüquq müdafiəçiləri Vidadi İsgəndərli ilə Taleh Xasməmmədov, jurnalist Əvəz Zeynallı və Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlıdır.

«Ayna» qəzeti yazır ki, Azərbaycanın müdafiə sənayesinin inkişaf prosesində ən azı NATO üzvü olan 5 dövlətin şirkətləri iştirakı edir. Qəzet bunu Azərbaycan ordusunun NATO standartlarına uyğunlaşdırılması üçün vacib proses sayır.

«Bizim yol» qəzeti isə «London taksiləri»nin planının 2 dəfə qaldırıldığını yazır.

Yazıda deyilir ki, «Eurovision»a qədər «London taksiləri»nin gündəlik planı 40 manatdan 20 manata salınsa da, yarışmadan sonra əvvəlki planın tətbiqinə başlanılıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG