Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:47

ABŞ-dan Azərbaycana gəlmək asanlaşır


Foto: Arxiv
Foto: Arxiv
Azərbaycanın ABŞ-dakı səfirliyi vizanın alınması üçün ərizələrin verilməsi qaydalarını asanlaşdırıb.

Bundan sonra Azərbaycana getmək üçün viza almaq məqsədilə ABŞ vətəndaşları «Travisa Outsourcing» sistemi vasitəsilə onlayn qaydada müraciət edə bilər. Bu yenilik vizalara artan tələbatın ödənilməsi və prosesin operativliyinin izlənilməsi üçün nəzərdə tutulub.

Vizanın alınması prosesi isə bütün zəruri sənədlər təqdim olunan gündən etibarən cəmi 10 iş günü çəkəcək.

Bununla yanaşı, iyunun 25-dən ABŞ vətəndaşları üçün Azərbaycana fərdi, biznes və turizm vizasının alınması rüsumu 160 dollar, tranzit vizası isə 20 dollar olacaq.

Diplomatik və xidməti pasportlara sahib olan ABŞ vətəndaşlarının vizanın alınması üçün Azərbaycanın Konsulluq Xidmətinə müraciət etməsi tələb olunur. /apa/

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG