Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:16

Prezident hərbçilər üçün tikilən binaların açılışını edib


Prezident İlham Əliyev iyunun 22-də Bakının Yasamal rayonu ərazisində Müdafiə Nazirliyinin yeni yaşayış kompleksinin açılış mərasimində iştirak edib.

Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev məlumat verərək bildirib ki, 9 mərtəbəli iki binadan ibarət yeni yaşayış kompleksində hərbçilər üçün lazım olan bütün şərait yaradılıb.

Ümumi yaşayış sahəsi 30 min kvadratmetrə yaxın olan birinci binadakı mənzillərin 184-ü üç, 20-si bir otaqlıdır. İkinci binanın mənzillərinin ümumi yaşayış sahəsi isə təqribən 18 min kvadratmetrdir.

Bu binadakı mənzillərin 105-i üç, 3-ü isə iki otaqdan ibarətdir. Mənzillərin davamlı olaraq isti su ilə təmin olunması üçün müasir istilik sistemi yaradılıb. Yaşayış kompleksini elektrik enerjisi və su ilə təchiz etmək üçün iki yarımstansiya və digər lazımi avadanlıq quraşdırılıb.

Xəbəri AzərTac yayıb.
XS
SM
MD
LG