Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:12

Naxçıvanşünaslığın öyrənilməsində yeni mərhələ


Naxçıvan. Dəmiryolu
Naxçıvan. Dəmiryolu
YENİ QURUCULUQ ÜNVANLARI

Muxtar respublikamızda cari ilin əvvəllərindən başlanan quruculuq işlərinin daha bir ünvanı Şərur rayonudur. Belə ki, artıq rayonun bir neçə yaşayış məntəqəsində, eləcə də Şərur şəhərində yeni obyektlərin inşasına başlanılıb. Bu obyektlər sırasına Şərur Rayon İcra Hakimiyyəti üçün nəzərdə tutulmuş inzibati bina da var. Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, inzibati binanın inşasını «Gəmiqaya» Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivi həyata keçirir. Heydər Əliyev prospektində inşa edilən bina zirzəmi ilə birlikdə 5 mərtəbədən ibarət olacaq.

Binanın təməl hissəsində qazıntı işləri aparılıb, yer hamarlanıb bərkidildikdən sonra ilkin beton qatı verilib. Obyektin tikintisinə çox sayda işçi qüvvəsi və texnika cəlb edilib.
Rayonun Yuxarı Daşarx kəndində əvvəllər həkim ambulatoriyası kimi fəaliyyət göstərmiş binada işlər yekunlaşmaq üzrədir. Bu obyekt yenidənqurmadan sonra Uşaq Musiqi Məktəbinin istifadəsinə veriləcək.


HƏR BİR BEYNƏLXALQ SİMPOZİUM NAXÇIVANŞÜNASLIĞIN ÖYRƏNİLMƏSİNDƏ YENİ MƏRHƏLƏDİR

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2012-ci il 20 aprel tarixində «Naxçıvan: İlkin şəhər və Duzdağ» mövzusunda Beynəlxalq Simpoziumun keçirilməsi haqqında» Sərəncam imzalamışdır. Simpoziuma hazırlıqla bağlı qarşıda duran vəzifələr və görüləcək işlər barədə ətraflı məlumat almaq üçün AMEA Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyevə müraciət etdik.

-...Tədqiqatçılar Duzdağı dünyanın duz çıxarılan ən qədim mədəninin yerləşdiyi ərazi hesab edirlər. «Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi» mövzusunda keçirilmiş Beynəlxalq Simpoziumda çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: «Naxçıvan şəhərinin yaranmasına bilavasitə təsir göstərən Naxçıvan Duzdağı mədəniyyətinin öyrənilməsini və Duzdağı ətrafındakı ilkin yaşayış məskənlərinin tədqiqata cəlb olunmasını ilkin şəhərsalma mədəniyyətinin öyrənilməsində yeni elmi istiqamət kimi qəbul etmək, Naxçıvan şəhər mədəniyyətini onun indiki tarixi – coğrafi hüdudlarından kənarda yox, Naxçıvan şəhərinin özündə axtarmaq, bu ərazidə tədqiqatları intensivləşdirmək lazımdır».
Göründüyü kimi, Duzdağın və mədənçilik işinin tarixinin öyrənilməsi ilkin şəhər mədəniyyəti ilə bağlıdır və bunun öyrənilməsi yeni – yeni faktlar üzə çıxarmaq imkanı yaradacaqdır.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:

- Milli dəyərlər sistemində ulu öndər Heydər Əliyevin dil siyasəti
- Babək rayonunda meyvəçiliyin və üzümçülüyün inkişafına ciddi diqqət yetirilir
- «Sirab» aldım, süd çıxdı
XS
SM
MD
LG