Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:11

Gənclər barədə məlumat bankı hazırlanır


Nazirlər Kabineti «Gənclərin kadr potensialı barəsində məlumat bankı haqqında Əsasnamə»ni təsdiq edib. Bu barədə Nazirlər Kabinetinin saytına məlumat verilib.

Məlumat Bankının məqsədi ölkənin təhsil, elm, mədəniyyət, idarəetmə sahəsində gənc kadr potensialı haqqında dolğun məlumatın formalaşdırılması, dövlət dəstəyinin ünvanlı olmasının və səmərəsinin təmin edilməsidir. Məlumat Bankından dövlət qurumlarında daha yüksək vəzifələrə ehtiyat kadr siyahısının hazırlanmasında istifadə ediləcək.

Məlumat Bankının rezidenti ola biləcək namizədlər üçün bir sıra tələblər müəyyənləşdirilib. Qeyd olunur ki, 29 yaş həddini keçməyən Azərbaycan vətəndaşı olan, ali təhsilli, Azərbaycan dövlət dilini və azı iki xarici dili bilən, ixtisası üzrə və idarəetmə sahəsində azı ikiillik təcrübəsi, yüksək təşəbbüskarlığı və iş qabiliyyəti, yüksək təhlil qabiliyyətli, strateji planlaşdırma, yüksək icraçılıq, təşkilatçılıq və təqdimetmə sahəsində bilik və bacarığa malik şəxslər bura daxil ola bilər. Namizədlərlə bağlı təkliflər ildə bir dəfə (hər ilin 15 iyul tarixinədək) Məlumat Bankının administratoruna təqdim edilməlidir.

Namizədlərin seçimi və rezidentlərin Məlumat Bankına daxil edilməsi prosesinin təşkili məqsədilə Məlumat Bankının administratoru tərəfindən Ekspert Şurası yaradılmalıdır.
XS
SM
MD
LG