Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:16

Əli Əhmədov: «Həmsədrlərinin səfərlərinə xalq arasında turist səfərləri adı verilib»


Əli Əhmədov
Əli Əhmədov
ATƏT-in Minsk Qrupunun regiona növbəti səfərindən gözləntilərimiz aydındır. İstəyimiz Azərbaycan ərazilərinin işğaldan azad olunması, qaçqın və məcburi köçkünlərin öz doğma yurd yuvalarına qayıtmasıdır. Trend-in məlumatına görə, bunu iyunun 22-də jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov deyib.

«Həmsədrlər regiona dəfələrlə səfər edirlər və bu səfərlərin sayı o qədər çoxdur ki, xalq arasında buna turist səfərləri adı verilib. Biz onların regiona səfərinə etiraz etmirik, çünki onlar Dağlıq Qarabağ münaqişəsinin həlli kimi missiyanı qarşılarına məqsəd qoyublar, lakin təəssüf ki, edilən çoxsaylı səfərlər bu günə kimi münaqişənin nizama salınmasına əhəmiyyətli təsir göstərməyib» Əhmədov bildirib.

YAP rəsmisinin sözlərinə görə, əhəmiyyətli təsir dedikdə biz münaqişənin sona yetməsini, Azərbaycanın işğal altında olan torpaqlarının azad olunmasını nəzərdə tuturuq.

«Bunu həll etməkdən ötrü ilkin addım olaraq həmsədrlər təcavüzkarı açıq şəkildə göstərməli və ondan Azərbaycan torpaqlarını azad etməsini şərt olaraq qarşıya qoymalıdır. Əgər bu şərtlərə əməl edilməsə, münaqişənin nizama salınması üçün həmsədrlərin atdığı addımlar bundan sonrada öz nəticəsini verməyəcək» Əhmədov deyib.

Yaxın həftələrdə ATƏT-in Minsk qrupu həmsədrləri regiona səfər edəcəklər.
XS
SM
MD
LG