Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:12

Azərbaycanda abort qadağası... [Video]


Azərbaycanda abort qadağası...
Gözlə

No media source currently available

0:00 0:23:42 0:00
Direct-ə keçid

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin abortun qadağan olunması ilə bağlı təklifinə münasibət bildirir.

-
«Abort qadağan olunsa, kriminal abortların sayı artacaq».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova deputat Hadı Rəcəblinin abortun qadağan olunması ilə bağlı təklifinə münasibət bildirərkən deyib:
«Kriminal abortlar hansısa ev şəraitində həyata keçiriləcək. Bu da infeksion xəstəliklərin artmasına, qadınların sağlamlığında problemlərə, ölüm faktlarının artmasına səbəb olacaq. Bu reallıqdır ki, özəl klinikalara nəzarət o qədər də güclü deyil. Özəl klinikalar qeyri-qanuni olaraq bu işlə məşğul olacaqlar və abortun qiyməti qalxacaq. Hər bir qadının bu pulu ödəməyə imkanı olmayacaq. Gedib kriminal abort edəcəklər».

M.Əzizova deyir ki, abort qadağan edilsə də, müxtəlif preparatlardan istifadə etməklə hamiləlik pozula bilər. Lakin bu dərmanlar həkim nəzarəti altında qəbul olunmadıqda müxtəlif fəsadlar törədə bilər:
«Qadınlar bu dərmanları alıb həkim nəzarəti altında olmadan, ev şəraitində istifadə edəcəklər və bu, ana ölümlərinə səbəb olacaq».

M.Əzizova deyir ki, abortun qadağası çıxış yolu deyil. Onun fikrincə, qadının cəmiyyətdəki rolunu artırmaqla, insanları qız övladların doğulmasında maraqlı etməklə və maariflənmə ilə abort hallarının sayının artmasının qarşısını almaq olar. O, həmçinin Azərbaycanda əhali artımı ilə bağlı problemin olmadığını və abort qadağasının demoqrafik baxımdan bir əhəmiyyət kəsb etmədiyini deyir:
«Hökumət ondan narahat olsun ki, nəyə görə qadınlar öz uşaqlarından imtina edirlər? İnternatda uşaqların sayı artır. Sosial vəziyyət düzəldilərsə, qadının, ailələrin problemləri həll edilərsə, onda hər bir valideyn istəyər ki, ailəsində uşaq çox olsun».

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib ki, Azərbaycanda abort qadağan oluna bilər. O bildirib ki, abortun qadağan olunması məsələsi Ailə Məcəlləsində və «Sağlamlığın qorunması haqında» qanunda öz əksini tapa bilər.

Verilişi tam olaraq buradan dinlə:


XS
SM
MD
LG