-
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov iyunun 21-də məmur həmkarlarını onların narkoman övladlarının adını açıqlamaqla hədələyib. Əli Həsənov həm də Baş naziri müavini və Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının sədridir.
APA-nın məlumatına görə, Əli Həsənov həmkarlarına iyunun 21-də narkomaniyanın fəsadları və onunla mübarizəyə həsr olunmuş «Həyatla oyun» tamaşasının nümayişi zamanı qəzəblənib:
Əli Həsənova görə, imkanlı ailələrin uşaqları bəzən narkomaniyaya sadəcə maraq xatirinə qurşanırlar:

«Dəvət olunan məmurlar gəlməyiblər, özləri bilərlər. Belə etsələr, bir gün başlayacağam onların övladları haqqında danışmağa, onda ayılarlar. Bir dəfə demişdim, mətbuat 6 ay məndən yazdı ki, nə vaxt onların adlarını açıqlayacağam. Belə getsə, açıqlamalı olacağam».
Əli Həsənova görə, imkanlı ailələrin uşaqları bəzən narkomaniyaya sadəcə maraq xatirinə qurşanırlar:
«Təəssüflər olsun ki, bir çox hallarda bizim gənclərimiz narkotikdən istifadəyə bir məşğuliyyət kimi baxırlar. Bəzən imkanlı ailələrin uşaqları hər şeylə məşğul olur. Fikirləşirlər ki, narkotikdən istifadə etməyib, görsün, edəndə nə olacaq? Məqsədi narkoman olmaq deyil. Amma bu yolla çevrilirlər. Bu xəstəliyə düçar olanlar da əsasən də imkanlıların uşaqlarıdır. Çünki imkansızların narkotik almağa vəsaiti yoxdur».