Keçid linkləri

2026, 22 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:42

Karzai korrupsiya ilə mübarizədə Kabilə kömək etməyə çağırıb

Əfqanıstan prezidenti Hamid Karzai bir daha deputatlar və xarici müttəfiqləri korrupsiya ilə mübarizədə Kabilə kömək etməyə çağırıb.

O cümə axşamı ölkə parlamentində çıxış edərkən təhlükəsizlik problemi ilə korrupsiyanı eyni yerə qoyub.

Hamid Karzai Birləşmiş Ştatları məmurların rəhbərlik etdiyi özəl şirkətlərlə müqavilə bağlamamağa çağırıb.

O həmçinin Vaşinqtonu bir il əvvəl istefa verərək ABŞ-a getmiş mərkəzi bankın rəhbəri
Abdul Kadir Fitratı mühakimə etmək üçün Əfqanıstana verməyə çağırıb.

2010-cu ildə milyard dollar kredit vermiş “Kabulbank” az qala iflas olmuşdu.
This item is part of
XS
SM
MD
LG