Keçid linkləri

2024, 05 Oktyabr, şənbə, Bakı vaxtı 13:20

Pakistanda baş nazirliyə namizədin həbsinə order verildiyi bildirilir


Pakistan mətbuatının məlumatına görə məhkəmə baş nazirliyə namizədliyi irəli sürülmüş Makhdoom Shahabuddinin həbsinə order verib.

Bu prezident Asif Ali Zardari onun namizədliyini verdikdən bir neçə saat sonra baş verib.

Məlumatlara görə order Shahabuddinin səhiyyə nazirliyi dövründə qanunsuz narkotik idxalı ilə bağlıdır.

Hələlik bu qərarın onun namizədliyinə mane olub-olmayacağı bəlli deyil.

Hazırda yüngül sənaye naziri oloan Makhdoom Shahabuddin hakim “Xalq” partiyasına yaxınlığı ilə tanınır.

İyunun 22-də bu partiyanın çoxluq təşkil etdiyi parlamentin aşağı palatasında məsələnin səsə qoyulacağı gözlənilir.

Ali Məhkəmə bu günlərdə baş nazir Yousef Raza Gilaninin səlahiyyətlərini dayandırıb.

O korrupsiyada günahlandırılan hazırkı prezident Asif Ali Zardarinin istintaq işini bərpa etməməkdə təqsirli bilinib.

Gilani isə Zardarinin dövlət başçısı kimi toxunulmazlıq hüququ olduğunu iddia edir.
XS
SM
MD
LG