Keçid linkləri

Təcili xəbərlər
2021, 12 İyun, şənbə, Bakı vaxtı 22:45

61 əcnəbi saxlanılıb


Azərbaycanda etibarsız sənədlərlə yaşayan və fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilən 61 əcnəbi saxlanılıb.

Xəbəri Dövlət Miqrasiya Xidmətinin saytı yayıb.

Həmin şəxslər iyunun 11-16-da Dövlət Miqrasiya Xidmətinin Bakıda, Salyan, Lənkəran, Masallı və Yardımlı rayonlarında qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlər nəticəsində saxlanıb.

Saxlanılanlar haqqında İnzibati Xətalar Məcəlləsinin 339 və 340-1-ci maddələrinə uyğun qərarlar qəbul edilib.
XS
SM
MD
LG