Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:22

TANAP layihəsi ilə bağlı razılaşmanın gələn həftə imzalanacağı gözlənilir


Arxiv foto: Qaz toplama məntəqəsi
Arxiv foto: Qaz toplama məntəqəsi
Gələn həftə Azərbaycan və Türkiyə arasında Trans-Anadolu qaz kəməri layihəsi (TANAP) ilə bağlı dövlətlərarası razılaşmanın imzalanacağı gözlənilir. Bu barədə Türkiyə rəsmiləri «Reuters» Agentliyinə məlumat veriblər.

Trans-Anadolu Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya çatdırılmasını nəzərdə tutan layihədir. Azərbaycanın Şahdəniz-2 yatağından 16 milyard kub metr qaz ötürməyi nəzərdə tutan layihənin dəyəri 5-7 milyard arası güman edilir və tikinti işlərinin 2013-cü ilin sonu, yaxud 2014-cü ilin əvvəlində başlayacağı gözlənilir.

«İş öz final mərhələsinə keçib. Gələn həftə İstanbulda dövlətlərarası müqavilənin imzalanması gözlənilir», deyə Türkiyə rəsmisi açıqlayıb.

Başqa rəsmi mənbə isə bildirib ki, imzalanma mərasimi iyunun 26-da baş nazir Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyevin də iştirakı ilə baş tuta bilər, lakin bir neçə gün təxirə salınma ehtimalı da var.

«Trans-Anadolu»da Türkiyə tərəfinin 20, Azərbaycan Dövlət Neft Şirkətinin isə 80 faiz payı var.

Bu ilin martında Türkiyənin enerji naziri bildirmişdi ki, onlar layihədəki 20 faizlik payı artıra da bilərlər.

Layihə çərçivəsində 10 milyard m³ qaz Avropaya ötürüləcək, Türkiyə isə 6 kubmetri əldə edəcək.

Analitiklərin fikrincə, «Trans-Anadolu» Avropaya 31 mlrd m³ Xəzər və Orta Şərq qazını ötürməyi hədəf götürən 7,9 milyard avroluq Nabucco boru kəməri layihəsini gerçəkləşdirmək səylərini poza bilər.

Türkiyə rəsmiləri deyirlər ki, Türkiyə Nabucconun bir hissəsi olmaqda davam edəcək.
Avstriyanın enerji qrupu – OMV Azərbaycan qazını Avropaya daşımaq üçün Nabucconun daha qısa versiyasını təklif edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG