Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:59

Elektron xidmətlərə keçid Vergilər Nazirliyində rüşvət və korrupsiyanı nə qədər cilovlaya bildi?


Elektron xidmətlərə keçid Vergilər Nazirliyində rüşvəti azaltdımı?
Gözlə

No media source currently available

0:00 0:54:31 0:00
Direct-ə keçid

Elektron xidmətlərə keçid Vergilər Nazirliyində rüşvəti azaltdımı?

-


Azərbaycanda Vergilər Nazirliyi elektron xidmətləri ilk dəfə tətbiq edən, “bir pəncərə” sistemi ilə şirkətləri qeydiyyata alan bir dövlət qurumu kimi bəzən hətta müstəqil ekspertlər tərəfindən də təriflənir. Amma hələ də yerli mediada hansısa vergi əməkdaşının rüşvət üstündə tutulması, vergi orqanlarında korrupsiya barədə iddiaların arası kəsilmir.

AzadlıqRadiosunda “Korrupsiometr” proqramının vergiyə həsr edilmiş bu dəfəki sayında iştirak edən İqtisadi Innovasiya Mərkəzinin sədri Məhəmməd Talıblı hesab edir ki, ən böyük problemlərdən biri bəzi iri dövlət şirkətlərinin vergidən yayınmalarıdır.

- Ölkədə kiçik və orta sahibkarlıq subyektləri daha çox vergi ödəyicisi rolunda çıxış edir. İri sahibkarlıq subyektləri potensial baxımdan ciddi vergi ödəyiciləridir, amma faktiki olaraq onlar büdcə qarşısında öhdəliklərini yerinə yetirmirlər.

Məsələn, ölkədə ümumilikdə vergi intizamının zəifləməsində əsas rolu Azal, Xəzər Dəniz Gəmiçiliyi idarəsi və s. kimi iri dövlət şirkətləri oynayır. Təsəvvür edin, bu qurumların vergiyə olan borcu 4.5, 5 milyard dollar arasında dəyişir.
Məhəmməd Talıblı
Məhəmməd Talıblı

Bunun arxasında iqtisadi məntiq yox, siyasi himayədarlıq halları durur. Məlum dairələrə məxsus şirkətlər var ki, onlar vergi ödəmirlər, hətta ölkədə istehlak etdikləri mal və xidmətlərə görə nazirliklərə və komitələrə rüsumlar ödəmirlər. Ailəyə yaxın insanlar, biznes qurumları, şirkətlər var ki, onlar da himayə olunurlar.

Proqramın digər qonağı ekspert Mətləb Salahov isə problemin daha çox hüquqi bazada olduğunu düşünür:

- Desək ki, Vergilər Nazirliyində rüşvət və korrupsiya yoxdur, bu düzgün olmazdı. Amma mövcud korrupsiyaya qarşı mübarizə üçün ilkin mərhələni müsbət qiymətləndirirəm. Problemlər hüquqi bazanın zəifliyindən irəli gəlir. Formal hüquqi baza bu problemləri aradan qaldırmır.

Vergi ödəyicilərində maarifləndirmə məsələsi də birinci yer tutur. Məmurların hədəfə alınması çıxış yolu deyil.

Osman Gündüz
Osman Gündüz
Proqrama qoşulan “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin rəhbəri Osman Gündüz isə şəffaflıq baxımından Vergilər Nazirliyinin başqa dövlət qurumlarından daha irəlidə getdiyini bildirir. Dövlət idarələrinin internet səhifələrinin monitoriqi əsasında bu qənaətə gəldiklərini bildirən Osman Gündüz Vergilər Nazirliyində şəffaflığın 60 faizə qədər olduğunu deyir:

- Azərbaycanın mərkəzi icra hakimiyyəti orqanları içində elektron xidmətlər nöqteyi nəzərdən ən öndə gedən qurumlardan biri Vergilər Nazirliyidir. Amma bu o demək deyil ki, qanunvericilikdə nəzərdə tutulan, açıqlanması məcburi olan informasiyaların hamısını orada tapmaq olar. 2010-cu ilin sonunda 2011-ci ilin əvvəlində 60-70 parametr üzrə hazırladığımız metodikada görə Vergilər Nazirliyinin internet resursunun açıqlıq göstəricisi 60 faizə qədər idi.

Debatı burada tam dinləyə bilərsiz:


"Korrupsiometr"də səslənən əsas təkliflər:

Məhəmməd Talıblı:
  • İri vergi ödəyicilərinin vergiyə cəlb olunması ilə bağlı siyasi iradənümayiş olunmalıdır.
  • Sahibkarlar, vergi ödəyiciləri üçün ədalətli oyun qaydaları tətbiq edilməlidir.


Mətləb Salahov:
  • Mərhələ-mərhələ islahatlar keçirilməlidir.
  • Qanunvericiik bazası möhkəmləndirilməli, hüquqi maarifləndirmə aparılmalıdır.


Vergilər Nazirliyində şəffaflıq və korrupsiya mövzusunda sənin başına gələn əhvalatlar, fikirlərin varsa, buyur, aşağıdakı foruma göndər, polemikaya sən də qoşul.
XS
SM
MD
LG