Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 03:24

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı yaradılıb


İyunun 21-də Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı yaradılıb. APA-nın məlumatına görə, yeni qurumun yaradılması ilə bağlı «Nizami» Kino Mərkəzində keçirilən «Kino və kinoseptual problemlər» mövzusunda keçirilmiş tədbirdə qərar verilib.

İttifaqın təşəbbüs qrupunun və idarə heyətinin tərkibinə Şəfiqə Məmmədova, Ayaz Salayev, Cəmil Quliyev, Vaqif Mustafayev, Oqtay Mirqasımov, Ramiz Fətəliyev, Mais Ağabəyov, Yusif Quliyev, Siyavuş Kərimi, «Azərbaycanfilm» Kinostudiyasının direktoru Müşfiq Hətəmov, «Nərimanfilm» Kinostudiyasının direktoru Nəriman Məmmədov daxildir.

Tədbirdə çıxış edən Cəmi Quliyev bildirib ki, yaradılma təşəbbüsü irəli sürülmüş Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının fəaliyyət istiqamətləri - milli filmlərin beynəlxalq arenaya çıxarılması, milli filmlərin təşkili, beynəlxalq simpozium və konfransların təşkili, kino infrastrukturunun formalaşdırılmasıdır.

Müzakirələrdən sonra Kinematoqrafçılar İttifaqının yarandığı elan olunub və xalq artisti Şəfiqə Məmmədova ittifaqın sədri seçilib.
XS
SM
MD
LG