Keçid linkləri

2025, 13 Fevral, Cümə axşamı, Bakı vaxtı 09:33

Misirdə prezident seçkisinin nəticələrinin açıqlanması təxirə salındı


Misirdə prezident seçkisi günü
Misirdə prezident seçkisi günü
Misirin seçki komissiyası planlaşdırıldığı kimi iyunun 21-də prezident seçkisinin rəsmi nəticələrini açıqlamayacaq.

Bu barədə Misirin dövlət agentliyi xəbər yayıb. Bildirilir ki, namizədlərin müraciətlərinin araşdırılması üçün komissiyanın daha çox zamana ehtiyacı var.

Misirdə iyunun 16-17-də prezident seçkisi keçirilib. Seçkidən dərhal sonra prezidentliyə namizədlərin hər ikisi - həm «Müsəlman qardaşları» hərəkatının namizədi Mohamed Morsy, həm də keçmiş baş nazir Ahmed Shafiq qalib gəldiklərini bəyan ediblər.

Seçkilərin fonunda isə Misirin 84 yaşlı keçmiş prezidenti Hosni Mubarak komaya düşüb. Ancaq hazırda süni nəfəs aparatına qoşulmadığı, özünün nəfəs aldığı deyilir.

Hosni Mubarakin vəziyyəti iyunun 2-də Qahirə Məhkəməsinin onun haqqında ömürlük azadlıqdan məhrumetmə cəzası çıxarmasından sonra pisləşib.
XS
SM
MD
LG