Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:26

İlham Əliyev 100 müəllim və 50 məktəbi mükafatlandırıb


Azərbaycan prezidenti İlham Əliyev
Azərbaycan prezidenti İlham Əliyev
Azərbaycan prezidenti İlham Əliyev 2011/2012-ci tədris ilində keçirilmiş "Ən yaxşı müəllim" müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb.

Prezidentin rəsmi saytının məlumatına görə, müsabiqədə uğur qazanmış 100 müəllimin hər birinə 5000 (beş min) manat birdəfəlik pul mükafatı veriləcək.

Bundan başqa prezident 2011/2012-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən müsabiqədə uğur qazanmış 50 ümumi təhsil müəssisəsinə 10000 (on min) manat məbləğində birdəfəlik pul mükafatı veriləcək.
XS
SM
MD
LG