Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:10

Suriyada silahlı toqquşmalar davam edir


Suriyanın şimalında hökumət və müxalifət birləşmələri arasında silahlı toqquşmalar gedir.

Suriyalı hüquq müdafiəçiləri Latakiyə əyalətində azı 20 əsgərin öldüyünü xəbər verirlər.
Müxalifət qüvvələrinin nə qədər itki verməsi barədə məlumat yoxdur.

Çərşənbə gününə keçən gecə isə İdlib əyalətindəki hərbi bazada baş vermiş partlayışda 5 hərbçi ölüb.

Hama əyalətində isə hökumət qoşunlarının Kernaz kəndini atəşə tutduğu, dinc sakinlər arasında itkilər olduğu xəbər verilir.

Suriyadakı beynəlxalq müşahidəçilər missiyasının rəhbəri general Robert Mood çərşənbə axşamı BMT-nin təhlükəsizlik şurasında çıxış edərkən deyib ki, ölkədə zorakılıqların davam etməsi missiyanın işini əngəlləyir.
XS
SM
MD
LG