Keçid linkləri

Təcili xəbərlər
2021, 11 Aprel, bazar, Bakı vaxtı 23:55

Hosni Mubarak süni nəfəs aparatına qoşulub


Misirin keçmiş prezidenti Hosni Mubarak klinik ölüm keçirib. Bu haqda Misirin MENA dövlət agentliyi xəbər yayıb. 84 yaşlı Mubarak süni nəfəs aparatına qoşulub.

İyunun 19-da keçmiş prezidentin hərbi hospitala köçürülməsi haqqında qərar qəbul olunub.

Hosni Mubarakin vəziyyəti iyunun 2-də Qahirə Məhkəməsinin onun haqqında ömürlük azadlıqdan məhrumetmə cəzası çıxarmasından sonra pisləşib.

O, keçən il yüzlərlə nümayişçinin ölümündə ittiham olunub. Elə həmin nümayişlərdən sonra Mubarak hakimiyyətdən getməli olmuşdu.
XS
SM
MD
LG