Keçid linkləri

Təcili xəbərlər
2021, 16 May, bazar, Bakı vaxtı 06:41

Misirdə prezidentliyə namizədlərin ikisi də qalib gəldiklərini deyirlər


Misirdə prezidentliyə namizədlərin hər ikisi seçkidə qalib gəldirklərini bəyan ediblər.

Keçmiş baş nazir Ahmed Shafikin seçki qərargahı ötən həftə keçirilmiş seçkidə onun 51,5 faiz səs topladığını deyirlər.

Öz növbəsində ”Müsəlman qardaşları” hərəkatının namizədi Mohammed Mursinin nümayəndələri namizədlərinin 52 faiz səs topladığını deyirlər.

Müsəlman qardaşları hərəkatı həmçinin Konstitusiya məhəkəməsinin bu günlərdə parlamenti buraxmaq qərarına etiraz etmək fikrindədirlər.

Bu keçmiş prezident Hosni Mubarakın devrilməsindən sonra ölkədə keçirilən ilk seçkilərdir.
XS
SM
MD
LG