Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:31

Moskvada Avropa Birliyi və İran rəsmilərinin görüşü olub


Moskvada İranın nüvə proqramı ilə bağlı görüş çərçivəsində İran Milli Təhlükəsizlik Şurasının rəhbəri Said Jalili və Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmi Catherine Ashton arasında ikitərəfli görüş olub.

Bu barədə İran nümayəndə heyətindəki mənbə xəbər verir.

İranın nüvə proqramı ilə bağlı Moskvada danışıqların növbəti mərhələsi keçirilir.

İran bir daha nüvə proqramının dinc məqsədli olduğunu təkid edib.

Beynəlxalq aləm isə buna əmin olmaq üçün beynəlxalq müfəttişlərin İranın nüvə obyektlərində yoxlama aparmasına icazə verilməsini istəyir.

Bundan əvvəl keçirilmiş İstanbul və Bağdad görüşləri də nəticə verməyib.
XS
SM
MD
LG