Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:55

Pakistan prezidenti baş nazirliyə yeni namizəd verməlidir


Pakistanın ali məhkəməsi baş nazir Yousaf Raza Gilaninin səlahiyyətlərini dayandırıb.

Məhkəmənin qərarında prezident Asif Ali Zardariyə parlamentə baş nazirliyə yeni namizəd təqdim etmək məsləhət görülür.

Ali məhkəmə bu ilin aprelində Yousaf Raza Gilanini korrupsiyada ittiham olunan prezident
Asif Ali Zardarinin məhkəmə prosesini bərpa etməməkdə, bu işə mane olmaqda təqsirli bilib.

Söhbət 90-cı illərdə İsveçrə bankları vasitəsilə pulyuma əməliyyatından gedir.

Gilani isə Asif Ali Zardarinin dövlət başçısı kimi toxunulmazlıq hüququ olduğunu təkid edir.
XS
SM
MD
LG