Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 00:38

İçərişəhərdə açıq hava konserti olacaq


İçərişəhər
İçərişəhər
İyunun 21-də saat 20.00-da Qoşa Qala Qapısı meydanında fransız müğənnisi Batlikin açıq hava konserti keçiriləcək.

Xəbəri AzadlıqRadiosuna «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidməti verib.

Konsert «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və Fransanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq.

21 iyun Fransada musiqi bayramı (Fête de la Musique) günüdür və hər il Musiqi Bayramı günündə bu ölkədə konsert zallarında, küçələrdə çoxsaylı pulsuz konsertlər verilir, insanlar rəqs edir və əylənir.

Ənənəvi olaraq hər il bayram münasibəti ilə Azərbaycandakı Fransa səfirliyi də müxtəlif tədbirlər keçirir.

Xəbərdə deyilir ki, bu dəfəki musiqi bayramı Bakının tarixi mərkəzində fərqli ifa üslubuna, cəlbedici və güclü səsə malik fransız müğənnisi Batlikin ifasında konsert proqramı ilə qeyd olunacaq.
XS
SM
MD
LG