Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:18

Nobel mükafatlı yazıçı vağzalın qarşısında imza topladı


Nobel mükafatlı yapon yazıçısı Kenzaburo Oe dəmiryol vağzalı qarşısında dayanaraq atom-elektrik stansiyalarının əleyhinə imza toplayıb.

Yazıçı bunu Tokioda keçirilən yürüşdə bildirib.

Yürüş hökumətin AES-lərin işini bərpa etməyə başlamasına qarşı keçirilib.

“Əlvida, atom-elektrik stansiyaları”

təşəbbüsü ilə çıxış edənlər 10 milyon imza toplamaq niyyətindədirlər.

Və bu işə xeyli sayda tanınmış şəxsi də qoşa biliblər.

Oe imzaları Fukuşima bölgəsindən olan bir anayla birlikdə toplayıb.

Bu həmin bölgədir ki, ötən ilki sunamidən sonra ordakı AES-də qəza baş vermiş və bu, böyük ekoloji fəlakətlə nəticələnmişdi.

“Əlvida, atom-elektrik stansiyaları” təşəbbüsü ilə çıxış edənlər artıq 7,2 milyon imza toplayıblar və yaxın həftələrdə imzaların sayını

10 milyona çatdıraraq baş nazir Yoşihiko Nodanın ofisinə təhvil verməyi planlaşdırırlar

Oe yürüşdə bildirib ki, Fukuşimada baş vermiş faciə həm də Yaponiya üçün bir dərs olmalıdır.

Yazıçı hesab edir ki, nüvə enerjisindən geniş istifadəyə qərar verilməsi səhv idi. Bu, qısa zaman kəsiyində sərfəli ola bilər, amma yapon xalqı daha geniş miqyasda düşünməlidir.

Oe bildirib ki, hər bir kəs bu məsələ ilə bağlı mənəvi mövqeyini aydınlaşdırmalıdır və
Kenzaburo Oe
Kenzaburo Oe
təşəbbüsə qoşulmaq, bunun üçün öz imzasını vermək qərarını qəbul etmək elə də asan deyil.

Təşəbbüs müəllifləri hökuməti çağırırlar ki, yeni AES tikmək planlarına son versin, plutonium istifadə edilən AES-ləri bağlasın, alternativ enerji mənbələrinə sərmayə qoysun, günəş və külək enerjisi istehsalını artırsın.

Fukuşima qəzasına və bütün AES-lərin işinin müvəqqəti dayandırılmasına qədər

Yaponiya istifadə etdiyi elektrik enerjisinin 30 faizini AES-lərdən alırdı

Ölkədə 18 AES var, hökumət daha 14 belə stansiya tikməyi planlaşdırır.

Yaponiya dünyanın ən böyük iqtisadiyyatlarından birinə malikdir. Bu “maşın”ı işlətmək üçün ölkənin böyük, özü də xarici ölkələrdən asılı olmayan enerji mənbələrinə ehtiyacı var.

1970-ci illərdəki neft böhranı öz təbii enerji resursları olmayan Yaponiyanı diz çökdürmüşdü.

Fukuşima AES-də partlayış anı

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG