«Azərbaycan Hava Yolları» QSC «Yeni Müsavat» qəzetini məhkəməyə verib.
«Musavat.com» saytının məlumatına görə, iddiaya bu il mayın 10-da «Yeni Müsavat»da dərc edilmiş «AZAL milyardlıq dövlət sifarişlərini tendersiz həyata keçirib» başlıqlı yazı səbəb olub. Nizami Rayon Məhkəməsinə verilən iddiada qəzetin 500 min manat təzminat ödəməsi istənilir.
Qəzetin hüquqşünası Vaqif Hüseyn bildirib ki, işə «Yeni Müsavat»a qarşı dəfələrlə qətnamə çıxarmış hakim Ziya Əliyev baxacaq.
Məhkəmənin hazırlıq iclası iyulun 4-ü saat 10:45-ə təyin olunub.