Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:52

Azərbaycanda ilk IMAX kinoteatrı açılacaq


«Azərbaycanda ilk IMAX kinoteatrı açılacaq» İmax Corp şirkəti tərəfindən Caspian Capital şirkəti ilə müqavilə bağlayandan sonra bildirilib. Kinoteatr Bakıda bu ilin oktyabr ayında fəaliyyətə başlayacaq.

Bu barədə Trend agentliyi xəbər yayıb.

Caspian Capital investisiya qrupu Azərbaycanda kinoteatrlar və bu növ əyləncə mərkəzlərinin tikintisi ilə məşğul olur.

MDB məkanında 50-yə yaxın IMAX kinoteatrları fəaliyyət göstərir.

IMAX (Image Maximum – «maksimal təsvir») bir sıra kino nümayişi texnologiyaları və kinoteatr qurğularına əsaslanan kinematoqrafiya formatıdır. O, 1970-ci illərin əvvəllərində Kanadanın IMAX korporasiyası tərəfindən hazırlanıb.
XS
SM
MD
LG