Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:53

Buraxılış imtahanlarının nəticələri… [Video]


Buraxılış imtahanlarının nəticələri…
Gözlə

No media source currently available

0:00 0:54:05 0:00
Direct-ə keçid

Təhsil üzrə ekspertlər Etibar Əliyev, Əlövsət Osmanlı və Məlahət Mürşüdlü buraxılış imtahanlarının nəticələrini şərh edirlər.

-
«Bu nəticələr təhsilimizin səviyyəsinin həddən artıq aşağı olduğunu göstərir». Bunu AzadlıqRadiosunun «İşdən Sonra» proqramında təhsil üzrə ekspert Əlövsət Osmanlı TQDK-nın keçirdiyi son buraxılış imtahanları haqda danışarkən deyib.

«Keçən il 8 fəndən imtahan verilirdi. Bu il bu fənlərin sayını azaltdılar, iki fənn elədilər: Ana dili və Riyaziyyat. Çalışmaların sayını azaltdılar. Şagirdlərə nə qədər üstünlük verilib ki, onlar vəziyyətdən çıxsınlar. Təhsilimizin vəziyyəti çox pisdir və indiyə qədər Təhsil Nazirliyi bunu ört-basdır edirdi, yalançı rəqəmlərlə insanları aldadırdı. İndi elə bir vəziyyət yaranıb ki, bu cür hallar çılpaqlığı ilə üzə çıxır».

Ekspert Məlahət Mürşüdlü deyir ki, orta təhsilin yuxarı pillələrində təhsil seçim əsasında həyata keçirilməlidir.

«Xüsusən 10-11-ci siniflərə çox ciddi seçimlər əsasında şagirdlər seçilməlidir. Yuxarı pillə attestata görə yox, meyl, marağa görə, ali təhsil alma istəyinə görə formalaşmalıdır. Müəllimlər yuxarı siniflərə girməyə çətinlik çəkirlər, çünki bir sinifdə 20 şagird varsa onun 5-i ali məktəblərə olan marağına görə burdadır, yerdə qalanlar tamam fərqli şagirdlər olur. Müəllimlər iş prinsipini qurmaqda çox çətinlik çəkirlər».

M.Mürşüdlü deyir ki, artıq 12 illik orta təhsilə keçmək zamanı yetişib, çünki təhsil proqramı ağırdır və 11 ildə təlimin məzmununu vermək çətindir. Onun fikrincə təhsilin effektiv olması üçün müəllimlərin sosial vəziyyəti də yaxşılaşdırılmalıdır.

FUNKSİONAL SAVADSIZLIQ HÖKM SÜRÜR

Təhsil üzrə ekspert Etibar Əliyev deyir ki, ölkədəki orta məktəblərdə, xüsusilə regionlarda vəziyyət böhranlı xarakter alıb.

«Bu nəticə onu göstərir ki, şagirdlərin əsas hissəsində funksional savadsızlıq hökm sürür. Bu ağır durumun bütün məsuliyyəti Təhsil Nazirliyinin üzərindədir. Hökumət bu böhran vəziyyətindən təcili çıxış axtarmalı və yeni islahatlara yol açmalıdır».

E.Əliyev deyir ki, məktəb sistemində əməkhaqqı islahatına ehtiyac var.

«Məktəb kontingentinin 80%-ni qadınlar təşkil edir. Təhsil nazirindən soruşmaq lazımdır ki, niyə nazir olduğun 13 il müddətində müəllimləri attestasiyadan keçirə bilməmisiniz? Nədən orta məktəblərin akkreditasiya sistemi qurulmayıb?».

Təhsil Nazirliyi isə mövzu ilə bağlı gün ərzində onlara ünvanlanan telefon zənglərimizə cavab verməyib.

RƏSMİ FORMADA NƏTİCƏLƏR GƏLSİN...


İyunun 6-da Təhsil Nazirliyi mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə Modern.az saytına açıqlamasında deyib ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən buraxılış imtahanlarının nəticələri onlara göndərilmədiyi üçün bu haqda heç nə deyə bilməz.

«Bizə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən buraxılış imtahanlarının nəticələri gəlməyib. Bu haqda məlumatımız yoxdur. Rəsmi formada nəticələr gəlsin, araşdırmalar aparaq və yalnız bundan sonra fikirlərimizi açıqlaya bilərik» deyə mətbuat xidmətinin rəhbəri vurğulayıb.

Müzakirəni tam olaraq buradan dinlə:


XS
SM
MD
LG