Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:11

ABŞ-ın Ermənistandakı səfiri Bakı və Yerevana yeni təkliflər verəcəklərini deyir


ABŞ-ın Yerevandakı səfiri John Heffern
ABŞ-ın Yerevandakı səfiri John Heffern
-


Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin iyunun 18-də keçiriləcək Paris görüşündə tərəflərə mövqeləri yaxınlaşdırmaq üçün bəzi yeni ideyalar veriləcək. Bunu ABŞ-ın Ermənistandakı səfiri John Heffern AzadlıqRadiosunun erməni xidmətinə müsahibəsində deyib:

- Biz Qarabağ problemi ətrafında danışıqların davam etməsini istəyirik. Şadam kim xarici işlər nazirləri və ATƏT-in Minsk Qrupunun həmsədrləri görüşürlər. Onların müzakirələri davam etdirmələri çox vacibdir. Biz bütün tərəfləri danışıqlar stolu arxasında saxlamaq istəyirik, bu son dərəcə vacibdir. Danışıqların davam etməsinin məqsədi də Qarabağ probleminin həllinə bir çarə tapmaqdır.

Dövlət Katibi Hillary Clinton da bu yaxınlarda Cənubi Qafqaza səfəri zamanı Qarabağ münaqişəsinin nizamlanması üçün Azərbaycan və Ermənistan yeni yanaşma forması təqdim edəcəklərini deyib.

ABŞ-ın Ermənistandakı səfiri ölkəsinin yeni ideyaları haqqında məlumat verməyib, bildirib ki, bu sualı Minsk Qrupu Həmsədrləri cavablaya bilərlər: "Biz Qarabağ münaqişəsinin həlli üçün daim yeni ideyalar axtarırıq. Əminəm ki, Minsk Qrupunun həmsədri Robert Bradtke Rusiya və fransadan olan həmkarları ilə birlikdə Azərbaycan və Ermənistanın mövqelərini yaxınlaşdırmaq üçün yeni ideyalar təqdim edəcək” – deyə səfir qeyd edib.

Fransanın Yerevandakı səfiri Anri Reno da AzadlıqRadiosunun erməni xidmətinə deyib ki, xarici işlər nazirlərinin danışıqlara vasitəçilik edən həmsədrlərlə Paris görüşlərində son vaxtlar qoşunların təmas xəttində atəşkəsin pozulması halları haqda da müzakirə aparılacaq.

Son bir neçə həftədə Azərbaycan və Ermənistan bir-birini atəşkəsi pozmaqda ittiham edirlər. Tərəflər itkilər verdiklərini bildiriblər.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iyunun 18-də Parisə gedib. Nazirlərin görüşü haqqında hələlik ətraflı məlumat yoxdur.
XS
SM
MD
LG