Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:10

BMT Suriya hakimiyyətini insanlıq əleyhinə cinayətlərdə ittiham edir


BMT-nin İnsan Haqları komissarı Navi Pillay Suriya hökumətini insanlığa qarşı cinayətlərdə ittiham edib. İyunun 18-də Cenevrədə keçirilən toplantıda Pillay bildirib ki, Bashar Assad rejimi dinc sakinlərin yaşadığı yerləri ağır silahlarla bombalamaqla insanlıq əleyhinə cinayət işləyir.

Onun sözlərinə görə, cinayətkarlar, o cümlədən Suriyanın şimalındakı al-Haffa şəhərinə getməyə çalışan BMT müşahidəçilərinə hücum edənlər məsuliyyətə cəlb olunmalıdırlar.

Pillay əlavə edib ki, Suriyada münaqişə qızışdıqca dinc sakinlər bundan daha çox zərər görür.

BMT bazar günü zorakılığın artmasının müşahidəçilərin həyatını təhlükəyə atdığını əsas gətirib, Suriyadakı monitorinqlərini dayandırmışdı.
XS
SM
MD
LG