Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:27

Böyük qayğıdan doğan inkişafın ünvanı...


Naxçıvan
Naxçıvan
-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!

Sayı: 70 (20.475) 18 aprel 2012

KƏNGƏRLİDƏ ƏKİN KAMPANİYASI UĞURLA APARILIR

Muxtar respublikada əkinə yararlı torpaq sahələrindən səmərəli istifadə olunması üçün hərtərəfli şərait yaradılıb. Bu şəraitdən Kəngərli rayonunun torpaq mülkiyyətçiləri da lazımınca bəhrələnirlər. Daxili bazarda yerli istehsalın çəkisini artırmaq, məhsul bolluğu yaratmaq, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına kömək etmək üçün yazın ilk günlərindən rayonun kənd adamları torpaq sahələrinə çıxıblar.

Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, bu günədək 1230 hektar sahədə şum qaldırılıb, 1112 hektar sahədə əkin aparılıb.

Torpaq mülkiyyətçilərinin əsas məşğuliyyət sahələrindən biri taxılçılıqdır. Bu günədək 507 hektar sahədə yazlıq arpa əkilib. 100 hektarda kartof, 165 hektar sahədə dənli – paxlalı bitkilər əkini keçirilən bölgədə digər əkinçilik məhsullarının yetişdirilməsində də maraq çoxdur. Bu səbəbdəndir ki, 96 hektar sahədə tərəvəz, 81 hektar ərazidə bostan bitkiləri, 38 hektarda günəbaxan, 32 hektar sahədə qarğıdalı, 192 hektarda isə yonca əkini aparılıb.

BÖYÜK QAYĞIDAN DOĞAN İNKİŞAFIN ÜNVANI – BİLƏV

...Uzaqdan görünən müasirtipli məktəb binası, kənd mərkəzi bu yaşayış məntəqəsinə dövlət qayğısının ifadəsi kimi diqqət çəkir. Dağlar arasında dövlətimizin belə bir şərait yaratması Vətənini sevən hər kəsi qürurlandırmaya bilməz. Bu müasir tikililər 2006-cı ilin sentyabr ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin iştirakı ilə biləvlilərin istifadəsinə verilib. Ali Məclisin Sədrinin kənd əhalisi ilə səmimi görüşünü biləvlilər indi də yaxşı xatırlayırlar. Məktəb binasının açılış mərasimində Ali Məclisin sədri demişdir: «15 il əvvəl Biləv kəndində yeni məktəb binası tikmək, demək olar ki, mümkün deyildi. Ona görə ki, o dövrdə ölkəmizdə vəziyyət çətin idi.... Bu gün isə, vəziyyət başqadır. Bu gün hörmətli Prezidentimizin fərmanları ilə nəinki məktəb binaları tikilir, eyni zamanda məktəblərimiz kitablarla təmin olunur, kompüter sinifləri yaradılır. Biləvdə tikilən bu məktəb şəhərdə inşa edilən məktəblərdən heç də geri qalmır. Dövlətimiz bunu ona görə edir ki, siz burada rahat yaşayasınız, uşaqlarımız yaxşı oxusun, müəllimlərimiz yaxşı şəraitdə dərs keçsin».

Jurnalistlər, adətən, kənddən yazı hazırlayarkən kənd icra nümayəndəsini axtarırlar. Amma buna o qədər də ehtiyac yoxdur. Atalarımız yaxşı deyib: «Görünən dağa nə bələdçi». Bu gün hər hansı bir kəndin xoş güzəranını qələmə alırıqsa, ən yaxşı faktlar elə kəndin insanlarının dediyi sözlərdir. Ona görə də sakinlərlə görüşmək qərarına gəldik. Kiminlə həmsöhbət olduqsa, xoş sözlər eşitdik....

DİGƏR MƏQALƏ BAŞLIQLARI:

- Dövlət Məşğulluq Xidmətinin xətti ilə 576 nəfər işlə təmin olunub
- Naxçıvan şəhərində daha bir yaşayış binası yenidən qurulur
- Sahibkarlıq subyektlərinin nümayəndələri növbəti sərgidə iştirak ediblər
XS
SM
MD
LG