Keçid linkləri

2026, 24 İyun, çərşənbə, Bakı vaxtı 18:16

Fransada solçular qalib gəldilər

Fransada parlament seçkilərinin ikinci turunda solçuların qalib gəldiyi bildirilir. Onların 577 yerlik Milli Assambleyada 326 qədər mandatın sahibi olacağı deyilir.

Bundan əvvəl isə sosialist Francois Hollande ölkənin prezidenti seçilib.

Parlamentdə səs çoxluğu solçulara hökuməti təkbaşına qurmaq imkanı yaradır.

İyunun 10-da seçkinin birinci turu keçirilmişdi.
This item is part of
XS
SM
MD
LG