Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:04

«Sərgüzəşti-Mirzə Fətəli Axundzadə» «Hacı Qara» ilə davam edir...


«Hacı Qara»
«Hacı Qara»
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında «Sərgüzəşti-Mirzə Fətəli Axundzadə» Milli Teatr festivalı çərçivəsində daha bir tamaşanın premyerası keçirilib.

Xəbəri teatrın mətbuat xidməti verib.

M. F. Axundzadənin ölməz komediyasının—«Hacı Qara»nın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Əməkdar rəssam Altay Seyidov, rejissoru Sərvər Əliyev, musiqi tərtibatçısı İradə Muradovadır.

Xəbərdə xatırladılır ki, baş qəhrəman – Hacı Qara və Heydər bəy xətti üzrə inkişaf edən səhnə əsəri hər iki obrazın zəmanədən gileyi, pulsuzluqdan şikayəti ilə başlayır.

Bu iki obrazı birləşdirən cəhət qısa zamanda pul qazanmaq istəyidir.

Hər bir obrazın ayrı-ayrılıqda bunun üçün əhəmiyyətli səbəbi var: biri tamahkarlığı və xəsisliyi sayəsində itirdiyi 100 manatını geri qazanmaq, digəri isə evlənmək.

Xalqın qədim və milli həyat tərzini, adət-ənənələrini əks etdirən tamaşada əsas rolları xalq artisti Yasin Qarayev, əməkdar artistlər Lətifə Əliyeva, Elşən Rüstəmov, Naibə Allahverdiyeva və b. canlandırıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG