Keçid linkləri

Təcili xəbərlər
2023, 30 Sentyabr, şənbə, Bakı vaxtı 22:54

«Mübarizli Vətən» bölgələrdə nümayiş etdiriləcək


Gənc Tamaşaçılar Teatrı
İyunun 18-dən - 20-dək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının bir qrup aktyoru Gədəbəy, Qazax və Ağstafa bölgələrində qastrolda olacaq.

Xəbəri teatrın mətbuat xidməti verib.

Teatr kollektivi qastrolda şairə Fəridə Ləmanın Mübariz İbrahimova həsr etdiyi «Təəssüb» poeması əsasında hazırlanmış «Mübarizli Vətən» ədəbi-bədii kompozisiyasını göstərəcək.

Xəbərdə vurğulanır ki, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin «Bura Vətəndir» məclisinin birgə layihəsi çərçivəsində nümayiş etdiriləcək kompozisiya Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Mübariz İbrahimova həsr olunub.

Tədbirin ssenari müəllifi və aparıcısı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş redaktoru, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin vitse-prezidenti, mərkəzin «Bura Vətəndir» məclisinin sədri Səriyyə İsmayılova, quruluşçu rejissoru Xalq artisti Ağaxan Salmanlıdıır.

Tamaşada əməkdar artistlər Lətifə Əliyeva, Kəmalə Hüseynova, aktyorlar Kərəm Hadızadə, Elşən Hacıbabayev iştirak edəcək.
.
Xatırladaq ki, sözügedən kompozisiya bu ilin fevralında teatrda və bir sıra ali təhsil ocaqlarında uğurla nümayiş etdirilib.
XS
SM
MD
LG