Keçid linkləri

Təcili xəbərlər
2023, 03 Dekabr, bazar, Bakı vaxtı 08:21

Həbsxana yandırıldı – 13 məhbus həlak oldu


Arxiv foto
Arxiv foto
-

İyunun 16-da axşam saatlarında Türkiyədə Şanlıurfa vilayətində həbsxana yandırılıb. Rəsmilər 13 məhbusun həlak olduğunu bildirirlər. Yerli medianın xəbərinə görə məhbuslar saxlanma şəraitinə etiraz olaraq yataq dəstlərini yandırıblar. Xəbərlərə görə Türkiyədəki kürd partiyası – Barış və Demokratiya Partiyasından millət vəkili İbrahim Ayhan da həmin həbsxanada saxlanırmış. Amma yanğında o zərər çəkməyib.

Saat yarım sonra yanğın söndürülüb.

Türkiyənin Ədliyyə nazirliyi bildirir ki, həbsxana işçiləri arasında da yaralananlar və tüstüdə zəhərlənənlər var. Onlardan 9 nəfəri həbsxanaya yerləşdirilib.

Nazirlik bildirir ki, yanğını törədənlər qapılarda yataq dəstələri ilə barrikada qurduqlarında hadisəyə vaxtında müdaxilə edib, tələfatın qarşısını almaq mümkün olmayıb.

Hökumət 600 nəfərlik bu həbsxanada sıxlıq olduğunu etiraf edir. Türkiyə mediası həbsxanada 1000-dən çox məhbus saxlandığını yazır.
XS
SM
MD
LG