Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:58

Misirin yeni prezidentinin kimliyi bu gün məlum olur


İyunun 17-də Misirdə prezident seçkisinin sonuncu – final səsverməsi keçirilir. Uzun illər Misirdə ən güclü müxalifət təşkilatı olmuş Müsəlman Qardaşlığının nümayəndəsi Mohammed Mursi keçşmiş Baş nazir Ahmed Shafiqlə üz-üzədir.

Mursi ölkədə geniş iqtisadi və siyasi islahatlar, keçən ilki inqilabın amallarının həyata keçirilməsini vəd edir. Shafiq isə sabitliyi ölkəyə qaytaracağına vəd edir.

Hazırda ömürlük həbs cəzası ilə həbsxanada müalicə olunan Hosni Mubarakın devrilməsindən bu yana hakimiyyəti əlində saxlayan hərbçilər bu ayın sonuna – yeni prezident hakimiyyət başına gələnə qədər ölkənin idarəçiliyini özündə saxlayacağını bəyan edib.
XS
SM
MD
LG