Keçid linkləri

2026, 13 Avqust, cümə axşamı, Bakı vaxtı 23:21

ABŞ-ın gizli təyyarəsi 15 ay kosmik uçuşdan sonra yerə enib


ABŞ hərbi hava qüvvələrinin insansız kosmik təyyarəsi 15 aylıq uçuşdan sonra iyunun 16-da Kaliforniyadakı hərbi bazaya enib. ABŞ-ın insansız X-37B adlı kosmik təyyarə 2011-ci ildə Floridadan fəzaya buraxılıb.

Hərbi Hava qüvvələri bunun sınaq uçuşları olduğunu bildirsə də onun gizli məlumatlar da gətirdiyini əlavə edir. Hazırda başqa bir kosmik təyyarə kosmosa göndərilmək üçün hazırlanır.

Təhlilçilər hesab edirlər ki, ABŞ bu proqramla kosmosda kəşfiyyat bazası, Beynəlxalq Kosmik Stansiyaya yüklərin daşınması, yaxud da orbitdəki peyklərin sıradan çıxarılması üçün istifadə edə bilər.

Çin də buna bənzər Shenlong adlı təyyarəsini 2011-ci ilin yanvarında orbitə buraxıb.
This item is part of
XS
SM
MD
LG