Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:50

Myanmar müxalifətinin lideri Aung San Suu Kyi Osloda laureat kimi çıxış edib


Myanmar müxalifətinin lideri, Nobel sülh mükafatçısı Aung San Suu Kyi şənbə günü Osloda laureat kimi çıxış edib.

O bu mükafata 1991-ci ildə layiq görülüb.

Müxalifət lideri bildirib ki, ev dustağı olarkən verilmiş bu mükafat təcrid vəziyyətdən çıxmaqda və demokratiya uğrunda mübarizədə ona dəstək olub.

Aung San Suu Kyi ümumilikdə 15 il ev dustağı olub.

O Nobel sülh mükafatına görə almalı olduğu 1 milyon 300 min dolları ölkəsində səhiyyə və təhsil sisteminin yaradılmasına sərf edəcəyini bəyan edib.
XS
SM
MD
LG